image-qezza-yeni56backend

Qəzzada ölənlərin sayı 43 min 846-ya yüksəlib

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 47 nəfər artaraq 43 min 846-ya çatıb.
Elchi.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 408 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “6 qırğın”da 47 nəfərin həyatını itirdiyi, 139 nəfərin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 43 min 846-ya, yaralıların sayı isə 103 min 740-a yüksəlib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki