Fələstin Səhiyyə Nazirliyi, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda 43 min 314 mülki vətəndaşın həyatını itirdiyini, 102 min 19 mülki vətəndaşın isə yaralandığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya 393 gündür hücumları ilə bağlı məlumat verib. Açıqlamada İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda 43 min 314 mülki vətəndaşın həyatını itirdiyi, 102 min 19 mülki vətəndaşın isə yaralandığı bildirilib. Qeyd edilib ki, İsrail ordusu dünən Qəzzanın şimalında Şelayil və əl-Gəndur ailələrinə məxsus binaları bombalayıb. 170 mülki şəxsin olduğu binalara edilən hücumlarda 50-si uşaq olmaqla azı 84 nəfərin həyatını itirdiyi, onlarla insanın yaralandığı bildirilib.
Açıqlamada, İsrail ordusunun xəstəxanaları, səhiyyə və mülki müdafiə qruplarını hədəf alması səbəbilə səhiyyə sisteminin çökmək ərəfəsində olduğu xatırladılıb və beynəlxalq ictimaiyyətə hərəkətə keçmə çağırışı edilib.
Şayəstə Hüseynova