image-42backend

Qərb NATO və Ukraynanın sülh yolunda ilk addımını elan etdi

Ukraynada sülhə doğru ilk addım Kiyev və Şimali Atlantika Alyansının öz məğlubiyyətini qəbul etməsi olmalıdır.

Elchi.az xəbər verir ki, bu barədə Helsinki Universitetinin professoru, geosiyasi ekspert Tuomas Malinen X sosial şəbəkəsindəki səhifəsində bildirib.

Analitikin fikrincə, Ukraynada sülhə gedən yol var, lakin bu, qeyri-ənənəvidir.

“Bu, həm də əvvəlkilərdən çox fərqlidir, çünki Ukrayna və müvafiq olaraq NATO itirən tərəfdədir. Bunu etiraf etmək Ukraynada sülhə doğru ilk addımdır”, – deyə o yazıb.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirmişdi ki, ABŞ Ukraynaya yardımı dayandırarsa, Kiyev danışıqlarda zəifləmiş mövqeyə düşə bilər. O qeyd edib ki, Vaşinqton Kiyevə lazımi yardımı göstərməli və ölkəni dəstəkləməyə hazır olduğunu nümayiş etdirməlidir.

Yeganə

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki