“Artıq Qarabağ əlimizdən çıxıb. Çünki Rusiya da böyük güclər qarşısında tab gətirə bilmədi. KTMT-nin son bəyanatı onu göstərdi ki, Azərbaycan sərhəddə istədiyini edə bilər. Stanislav Zasın açıqlaması o deməkdir ki, başınızın çarəsinə baxın. ”
Alp.az xəbər verir ki, Ermənistanın “Henaket” analitik mərkəzinin direktoru Tiqran Abrahamyan KTMT rəsmisinin açıqlamasını şərh edərkən belə deyib.
“Bu bəyanatı diplomatik dildən “tərcümə etsək”, aşağıdakı alınır – siz döyüşmürsünüz, niyə biz müdaxilə etməli, sizin əvəzinizə döyüşməliyik?. Reallıq budur Zəngəzur dəhlizi açılacaq. Mən bunun KTMT-nin baş katibi Zasın açıqlamasında gördüm. ”- deyə Abrahamyan bildirib.