image-wanda-nara-mauro-icardi-nin-mesajini-ifsaladi_2cbacbackend

Qalatasaraydan Mauro İkardi iddialarına cavab

“Qalatasaray”ın futbolçusu Mauro İkardinin həyat yoldaşı Wanda Naranın İkardini “qadınlara qarşı zorakılıq”da ittiham edərək şikayət etdiyi iddia edilərkən, “Qalatasaray” klubu “İrəli sürülən fərziyyələr həqiqəti əks etdirmir” açıqlaması verib.
Elchi.az xəbər verir ki, İspan mətbuatında ” Qalatasaray”ın futbolçusu Mauro İkardinin ayrılıq mərhələsində olduğu Wanda Nara ilə mübahisə etdikdən sonra ” qadınlara şiddət ” cinayətinə görə qanuni tədbir görüldüyü iddia edilib.
Xəbərdə yer alan iddialara görə, İkardinin Argentinada Wanda Nara ilə görüşüb mübahisə etdiyi, daha sonra isə Wanda Naranın vəkillərinin ‘qadınlara qarşı şiddət’ ittihamı ilə məhkəməyə müraciət etdiyi iddia edilib.
“Qalatasaray” klubu argentinalı futbolçu Mauro İkardinin öz ölkəsində yaşadıqları ilə bağlı iddiaları təkzib edib.
Sarı-qırmızılı klubdan verilən açıqlamada bu ifadələr yer alıb:
“Peşəkar futbolçumuz Mauro İkardi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Oyunçumuz Mauro İkardi Argentinadakı evində dincəlir. İdmançımızı yormaq məqsədi daşıyan bu xəbərlərə diqqət yetirməməyinizi xahiş edirik. ”

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki