image-bicak-2335466_1backend

Qabyuyan maşına düşdü: İflicdən “millimetr” qaçdı

Avstraliyada 10 yaşlı Landen Şturman qabyuyan maşına yıxılaraq xəstəxanaya yerləşdirilib və biftek bıçağı onun onurğasına sancılıb. Millimetr fərqlə iflicdən xilas olan uşaq tez sağalıb.
Elchi.az xəbər verir ki, Qərbi Avstraliyanın Mandurah şəhərində evdə nahar hazırlayarkən 10 yaşlı Landen Şturman sürüşərək açıq qabyuyan maşının içinə düşüb.
Maşından çıxan biftek bıçağı onurğasına ilişən uşaq təcili olaraq Perth Uşaq Xəstəxanasına (PCH) çatdırılıb.
Xəstəxanada beyin və ortoped cərrahlarının müdaxiləsi ilə bıçaq uşağın bədənindən çıxarılıb. Bıçağın onurğa beyninə çox yaxın bir nöqtəyə dəydiyi, uşağın ‘millimetrik’ fərq sayəsində iflic olmaqdan xilas olduğu və qalıcı sinir zədələnməsinə səbəb olmadığı ifadə edildi.
Həkimlər bildiriblər ki, bıçaq bir neçə millimetr dərinliyə getsəydi, uşaq insult keçirə bilərdi.
Tez sağalıb məktəbə qayıdan oğlunun səhhətindən çox məmnun olan ana Emma Şturman qəzadan dərs çıxarmaq lazım olduğunu vurğulayıb.
“Qabyuyan maşını yükləmək o qədər gündəlik vərdişdir ki, insanların çoxu bu barədə düşünmür. Amma ən kiçik hərəkətlər belə böyük nəticələrə səbəb ola bilər”, – Anne Şturman deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki