image-putin-nuclear-weapons-ukraine-war-1600backend

Putin ona “xəyanət” edən Ukraynanın keçmiş liderini niyə bağışladı? – Şok iddia 

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç hakimiyyət çevrilişindən sonra Rusiyaya qaçanda “vətən xaini” elan olundu. Bundan sonra onun öldürülməsi planlaşdırıb.

Alp.az xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində rusiyalı müxalifətçi, Dövlət Dumasının keçmiş deputatı, FSB-nin istefada olan polkovniki Gennadi Qudkov deyib.

Qudkovun sözlərinə görə, o zaman Yanukoviç Rusiya lideri Vladimir Putinin düşməni elan edilib.

“Mənə dedilər ki, onun fiziki olaraq aradan götürülməsinə hazırlıq gedir. Onda Putinin adamları Kremlin önünə gəlib qışqırırdılar ki, Vitya bizi yarı yolda qoydu, Vitya bizə xəyanət etdi. Həmin vaxt Rusiya mətbuatı və telekanalları da onun əleyhinə danışırdı. Amma Putin qərara gəldi ki, hələ Yanukoviç onlara lazımdır. Əgər Ukrayna ilə bağlı nələrsə dəyişsə, hakimiyyətin başına kimi keçirəcəkdilər? İndi də düşündükləri kimi legitim şəxs yoxdur”, – Qudkov söyləyib.

O əlavə edib ki, Ukraynadakı inqilablar Putini qorxuya salıb və Yanukoviçi hakimiyyətə gətirmək üçün hər şeyi edib:

“O, Ukraynanı gələcək “Rusiya imperiyası”nın əsas hissəsi hesab edirdi. Putin “narıncı inqilab”dan, hakimiyyətə gələn Viktor Yuşşenkodan çox narahat idi. Bu, onun üçün çox böyük, nəhəng stress deməkdi. Buna görə də Kreml Rusiyada “narıncı inqilab”ın qarşısını almaq üçün ciddi işə başladı”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki