Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.
Elchi.az xəbər verir ki, bu barədə BelTa agentliyi məlumat yayıb.
Məlumata görə, Putin Lukaşenkonu prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib. Prezidentlər ikitərəfli əməkdaşlığın cari məsələlərinə dair qeydləri müqayisə edib, beynəlxalq mövzuları və qarşıdakı təmasların cədvəlini müzakirə ediblər.
Bundan əvvəl Kreml rəsmisi Dmitri Peskov Belarusda Lukaşenkonun qalib gəldiyi prezident seçkilərinin tamamilə şəffaf və legitim olduğunu bildirib. Bundan əvvəl Lukaşenko yanvarın 27-də keçirilən seçkilərdə qalib gəlib. Belarus Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ona beş milyondan çox seçici səs verib.
Yeganə