image-penguen-getty-2324601_1-1backend

Pinqvinlərin boşanması bütün koloniyaya təsir edir

Avstraliyada kiçik pinqvinlərin reproduktiv davranışlarını araşdıran araşdırmalar, tərəfdaşlarını tərk edən pinqvinlərin növbəti mövsümdə daha az reproduktiv uğur qazandığını aşkar etdi. Yüksək boşanma nisbətləri koloniyada reproduktiv müvəffəqiyyətə mənfi təsir göstərir.
Elchi.az xəbər verir ki, Avstraliya və Yeni Zelandiyada yaşayan kiçik pinqvinlər dəniz quşlarının ən kiçik növü kimi tanınırlar. Dünyadakı kiçik pinqvinlərin ən böyük koloniyasına ev sahibliyi edən Avstraliyanın Phillip adasında elm adamları növlərin reproduktiv davranışını daha yaxşı başa düşmək üçün 10 ildən artıq bir müddət ərzində geniş araşdırma aparıblar.
2000-2012-ci illər arasında 13 çoxalma mövsümünü əhatə edən araşdırmanın nəticələri “Ecology and Evolution” jurnalında dərc olunub. Araşdırmaya görə, partnyorlarını tərk edən pinqvinlərin növbəti mövsümdə daha az reproduktiv uğur qazandığı müəyyən edilib. Monaş Universitetindən Riçard Reina deyir ki, kiçik pinqvinlər ümumiyyətlə öz yoldaşlarına yapışırlar, lakin zəif çoxalma mövsümündən sonra yeni tərəfdaş axtara bilərlər.
Tədqiqatçılar minə yaxın pinqvini araşdıraraq, ümumilikdə 250 boşanma hadisəsi müəyyən ediblər. Boşanmaların daha az olduğu fəsillərdə daha çox bala doğulduğu müəyyən edilib. Bununla belə, bir mövsümdə artan boşanma nisbətləri koloniyada reproduktiv müvəffəqiyyətin azalmasına səbəb oldu.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki