Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrinin yüksək rütbəli hərbçiləri ilə kritik görüş küçirəcək.
Alp.az xəbər verir ki, bu barədə açıqlamanı dövlət başçısının mətbuat katibi Dmitri Peskov verib.
“Rusiya prezidenti Vladimir Putin qarşıdakı həftəyə planlaşdırılan Müdafiə Nazirliyinin Kollegiya iclasında iştirak etməyi planlaşdırır”- deyə Peskov bildirib.
Kremlin sözçüsü Putinin Müdafiə Nazirliyinin kollegiyasında iştirakı ilə bağlı suala “Bəli, planlaşdırır” dedi.
Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasının iclasında Rusiya Silahlı Qüvvələrinin 2022-ci ildəki fəaliyyəti müzakirə olunacaq.
Rusiyanın müdafiə naziri, general Sergey Şoyqu ilin yekunları ilə bağlı hesabat verəcək. O, ötən ildə istismara verilmiş texnikanın həcmi, hərbi infrastrukturun tikintisi, idarənin beynəlxalq fəaliyyətinin nəticələri, hərbi qulluqçuların sosial müdafiəsi və dövlət silahlanma proqramının gedişi, əsaslı yoxlamaların nəticələri və silahlı qüvvələrin təlimləri haqqında danışacaq.
Rusiya mətbuatı isə iddia edir ki, bu görüşdə NATO ilə gərginlik barədə son qərar veriləcək.