image-shpu-pic_32ratio_900x600-900x600-10215backend

Peskov Putinlə Şoltsun telefonda nə qədər danışdıqlarını deyib

Peskov: Putinlə Şolts arasında telefon danışığı bir saat davam edib.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı bir saat davam edib. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
“Bir saat, bir saat, bəli” deyib.
Noyabrın 15-də Putin və Şolts arasında təxminən iki ildən sonra ilk telefon danışığı olub. Almaniya hökuməti bildirib ki, söhbət zamanı kansler Rusiya dövlət başçısını “ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün” Ukrayna ilə danışıqlar aparmağa çağırıb. Putin cavabında Moskvanın heç vaxt onlardan əl çəkmədiyini vurğulayaraq, yeni ərazi reallıqlarını nəzərə almaq və münaqişənin köklü səbəblərini aradan qaldırmaq zərurətinə diqqət çəkib.
Noyabrın 10-da müxalif Xristian Demokrat İttifaqından (CDU) Almaniya kansleri namizədi Fridrix Merz seçiləcəyi təqdirdə Putinlə telefon danışığına hazır olduğunu bildirib. Eyni zamanda, Merz 24 saat ərzində Ukraynanın infrastrukturuna zərbələri dayandırmaq üçün Rusiya Federasiyasına ultimatum verməyə hazır olduğunu açıqladı. Əks halda o, Kiyevə verilən silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldıracağı və Ukrayna tərəfini uzaq mənzilli “Taurus” qanadlı raketləri ilə təmin edəcəyi ilə hədələyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki