image-56backend

Peskov: “Litvanın Rusiyaya qarşı ərazi iddiaları var”

“Litva prezidenti Gitanas Nausedanın Kalininqradın mülkiyyəti ilə bağlı sözləri sübut edir ki, Vilnüsün Rusiyadan ərazi iddiaları var”.

Elchi.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Litva ölkəmiz üçün qeyri-dost dövlətdir, bizə düşmən olan dövlətdir, başqa şeylərlə yanaşı, göründüyü kimi, ərazi iddiaları da var. Bu, bizim dərin narahatlığımızı əsaslandırır və dövlətimizin təhlükəsizliyini təmin etmək üçün indiki və gələcək bütün tədbirləri əsaslandırır”, – Kreml sözçüsü bildirib.

Bundan əvvəl Nauseda Kalininqradı “Kiçik Litvanın” bir hissəsi adlandırmışdı.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki