image-eski-peru-devlet-baskani-toledo-ya-20-yil-6-ay-hapis-cezasi-1729570620-995_smallbackend

Perunun keçmiş prezidenti Toledo 20 il 6 ay həbs cəzasına məhkum edilib

Perunun keçmiş prezidenti Alejandro Toledo Braziliyanın “Odebrecht” şirkəti ilə bağlı korrupsiya işi üzrə 20 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Elchi.az xəbər verir ki, Peru mətbuatında çıxan xəbərə görə, İkinci Milli Ali Cinayət Məhkəməsi 2001-2006-cı illər arasında prezident olmuş Toledonu korrupsiya, gizli razılaşmalar və çirkli pulların yuyulmasında ittiham edərək məhkum edib.
Məhkəmə Toledonu gizli razılaşmalara görə 9 il, çirkli pulların yuyulmasına görə isə 11 il 6 ay həbs cəzasına məhkum edib.
Bundan əlavə, məhkəmə Özəl İnvestisiyaların Təşviqi Agentliyinin (Proinversion) iki keçmiş dövlət məmuru Alberto Pasko-Font və Sergio Bravonu 9 il, iş adamı Xose Kastillo Dibosu isə 14 il müddətinə azadlıqdan məhrum edib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki