Argentinanın cənubundakı Pataqoniya bölgəsində bir müddətdir təsirli olan meşə yanğınlarında 37 min hektar ərazinin külə döndüyü bildirilib.
Elchi.az xəbər verir ki, ölkənin əhəmiyyətli turizm bölgələrindən biri olan Pataqoniyada iki milli parkda başlayan meşə yanğınları indiyə qədər 37 min hektarlıq ərazini külə çevirib.
Prezidentin sözçüsü Manuel Adorni mövzu ilə bağlı verdiyi açıqlamada, “Prezident bölgəmizdəki fəlakətlərlə daha yaxşı mübarizə aparmaq üçün Milli Təhlükəsizlik Nazirliyi nəzdində Federal Fövqəladə Təşkilatın yaradılmasına qərar verdi” deyib.
Argentinanın təhlükəsizlik naziri Patricia Bullrich də agentliyin əhəmiyyətini vurğuladı və dedi:
“Hazırda milli səviyyədə təkcə fövqəladə hallar, fəlakətlər, yanğınlar və ya daşqınlarla məşğul olan 12 müxtəlif struktur var. Bu agentlik ölkə ərazisində baş verən fövqəladə halların hər birinə real vaxt rejimində və effektiv cavab verməyi təmin edəcək”.
Argentinada iqlim dəyişikliyi və insanların məsuliyyətsizliyi səbəbindən hər il minlərlə hektar meşələr itirilir.
Şayəstə Hüseynova