image-papa-franciscus-dha-2340618_1backend

Papa Fransiskin səhhətinin vəziyyəti ilə bağlı Vatikandan yeni açıqlama

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin müalicəyə yaxşı reaksiya verdiyi və sağalmaqda davam etdiyi öyrənilib.
Elchi.az xəbər verir ki, Vatikan ötən ay keçirdiyi ağır bronxit səbəbiylə 25 gündür Romadakı Gemelli Xəstəxanasında müalicə alan və orada ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın vəziyyəti ilə bağlı bugünkü sağlamlıq hesabatını açıqlayıb.
“Papanın kliniki vəziyyəti stabildir. Əvvəlki günlərdə müşahidə olunan yaxşılaşma davam edir. Bunu qan analizləri, kliniki tapıntılar və onun dərman müalicəsinə yaxşı reaksiyası təsdiqləyib”, – məlumatda deyilir.
“Lakin, klinik mənzərənin mürəkkəbliyini və xəstəxanaya yerləşdirmə zamanı mövcud olan ciddi infeksiyanı nəzərə alaraq, dərman müalicəsinin xəstəxana şəraitində daha bir neçə gün davam etdirilməsi lazımdır”, – məlumatda deyilir.
Bildirilir ki, Papa günü namaz qılmaqla və dincəlməklə keçirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki