ABŞ-ın Nyu-York şəhərindəki Manhetten adasında 3 fərqli nöqtədə bıçaqlı hücumla bağlı 2 nəfərin həyatını itirdiyi, 1 nəfərin nəzarətə alındığı açıqlanıb.
Elchi.az xəbər verir ki, Nyu York Polis Departamenti (NYPD) səlahiyyətlilərindən verilən açıqlamada Manhettendə 30-cu küçə ətrafında baş verən bıçaqlı hücumda 2 nəfərin öldüyü, bir müddət sonra isə 42-ci küçədə baş verən bıçaqlı hücumda bir qadının yaralandığı bildirilib.
“Hələlik, görünür, bu hücumlar səbəbsiz idi, təcavüzkar sadəcə (qurbanlara) yaxınlaşdı və bıçaqla onlara hücum etməyə başladı” dedi NYPD dedektivlər rəisi Cozef Kenni.
Hücum zamanı yaralanan qadının yaxınlıqdakı xəstəxanada müalicə olunduğu paylaşılıb.
Nyu-York meri Erik Adams da mətbuata açıqlamasında 51 yaşlı evsizin sözügedən hücumlarla əlaqədar saxlanıldığını açıqlayıb.
Şayəstə Hüseynova