image-1669486103836-nijeryabackend

Nigeriyanın Edo əyalətində Lassa qızdırmasından 21 nəfər ölüb

Nigeriyanın cənubundakı Edo əyalətində ölümcül olan və heyvanlardan insanlara keçə bilən Lassa qızdırması səbəbindən 21 nəfərin öldüyü bildirilib.
Elchi.az xəbər verir ki, Edo əyalətindəki səhiyyə işçilərindən biri olan Dr. Cozef Okoeqale verdiyi açıqlamada Lassa qızdırması epidemiyasının əyalətin müxtəlif bölgələrinə yayıldığını bildirib.
Okoequale əyalətdə 240 Lassa qızdırması hadisəsinin aşkar edildiyini ifadə edərək, epidemiya səbəbiylə 21 nəfərin öldüyünü qeyd edib.
Bu il ölkə daxilində 170-dən çox insanın həyatını itirdiyi epidemiyada hökumət xəstəliyin müalicəsi üçün 3 dərman təyin edildiyini açıqlayıb.
Nigeriyadakı epidemiya ilk dəfə 1969-cu ildə Borno əyalətində aşkarlanıb.
Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində aşkarlanıb.
Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan etdi.
Siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.
Səlahiyyətlilər əhaliyə siçan və digər gəmiricilərlə təmasda olmamaq barədə xəbərdarlıq edib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki