image-news_20220529085819backend

Nigeriyada hərbi təyyarə təsadüfən mülki insanları vurdu: Çoxlu ölü

Nigeriyada hərbi təyyarənin təsadüfən dinc sakinləri bombalaması nəticəsində 10 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Nigeriyanın Sokoto əyalətinin Surame bölgəsində silahlı qruplara qarşı əməliyyat zamanı orduya məxsus hərbi təyyarə təsadüfən iki kənddə mülki vətəndaşları güllələyib.
Ştat qubernatoru Əhməd Aliyu çərşənbə günü hücumda 10 nəfərin həyatını itirdiyini açıqlayıb. Aliyu, “Hərbi təyyarələr əyalətdə terror cinayətləri törədən silahlı qrupları zərərsizləşdirmək üçün vəzifə yerinə yetirirdi. “Onlar təsadüfən günahsız insanları bombaladılar”, – deyən Aliyu həyatını itirənlərin yaxınlarına başsağlığı verərək, əyalət rəhbərliyinin hərbi əməliyyatı araşdırmaq üçün digər səlahiyyətlilərlə əməkdaşlıq edəcəyini bildirib.
Silahlı təşkilatlar səbəbiylə zorakılıq hadisələrinin yaşandığı Nigeriyada ordu keçən ay Niger və Malidən ölkənin şimal-qərbinə sızan yeni silahlı qrupla bağlı xəbərdarlıq etmişdi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki