Beynəlxalq Cinayət Məhkəməsi həbs qərarı verdikdən sonra İngiltərə küçələrində Netanyahuya “Axtarılır” ifadəsi yazılmış plakatlar divarlara asılıb. İngiltərə Xarici İşlər Naziri David Lammy açıqlama verib: “Netanyahu Böyük Britaniyaya səfər edərsə, lazımi proses izlənəcək”.
Elchi.az xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qatil Benyamin Netanyahu ilə bağlı qərarının əks-sədası davam edir.
Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi cümə axşamı məhkəmənin baş prokuroru Kərim Xanın Netanyahu və keçmiş müdafiə nazirinin qatili Yoav Gallantın insanlığa qarşı cinayətdə şübhəli bilinərək həbsə order verilməsi ilə bağlı tələbini qəbul edən qərar çıxarıb.
Bu, ilk dəfədir ki, İsrail rəsmiləri üçün beynəlxalq həbs qərarı verilir.
Bir çox ölkə Netanyahunun səfəri halında həbs qərarını icra edəcəklərini açıqlayıb.
İngiltərə Xarici İşlər Naziri David Lammy bu gün İtaliyada keçirilən G7 Xarici İşlər Nazirləri toplantısında mövzu ilə bağlı sualı cavablandırıb.
“Əgər Böyük Britaniyaya belə bir səfər iştirak etsəydi, məhkəmə prosesi olacaq və bu məsələlərlə bağlı lazımi prosesə əməl olunacaq”, – Lammi deyib.
Digər tərəfdən ICC-nin qərarından sonra İngiltərədə reaksiyalar artmağa başladı.
İngiltərə küçələrində Netanyahu üzərində “Axtarılır” ifadəsi yazılmış plakatlar asılıb.
Şayəstə Hüseynova