image-netanyahu-protestoaa-2200732_1backend

Netanyahunun Avropa Parlamentində mühakimə olunmasına çağırış

Avropa Parlamentinin üzvləri Baş Assambleyanın Qəzzada atəşkəslə bağlı müzakirələr aparan sessiyası zamanı İsrailin baş naziri Binyamin Netanyahunun mühakimə olunmasını istəyiblər. Polşalı deputat Qrzeqorz Braun iclasda deyib: “Netanyahu və onun qəssabları məhkəmədə mühakimə olunmalıdır və ümid edirik ki, onlar dar ağacını görəcəklər”.
Elchi.az xəbər verir ki, Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasında Qəzzada atəşkəs, məhbusların azad edilməsi, humanitar böhrana son qoyulması və iki dövlətli həll yolu müzakirə edilib.
Sessiyanın açılış nitqi ilə çıxış edən AP sədri Roberta Metsola Qəzzada atəşkəs razılaşmasını “hamının ümid etdiyi və çoxlarının ehtiyac duyduğu dönüş nöqtəsi” kimi qiymətləndirdi. Metsola, “Bizim prioritetimiz sazişin davam etməsini və məqsədlərinə çatmasını təmin etmək olmalıdır”. Bu, münaqişəyə son qoymağa, yardım çatdırmağa və qalan girovları xilas etməyə imkan verərdi. “Sonrakı gün yeni ümidlər gətirməlidir və Avropa üzərinə düşəni etməyə hazırdır” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki