image-1709882641_snimokbackend

Nəhəng göy cismi Yerə doğru irəliləyir!

2032-ci ildə Yerin yaxınlığından keçəcəyi gözlənilən asteroidin planetimizə dəymə ehtimalı artıb. Alimlərin fikrincə, iki ay əvvəl 1,3 faiz olan ehtimal 2,3 faizə yüksəlib.
Elchi.az xəbər verir ki, eni 90 metr, futbol meydançası boydadır və sürətlə Yerə yaxınlaşır. Astronomlar 2024 YR4 adlı asteroidin 2032-ci ildə Yerlə toqquşma ehtimalının artdığını açıqlayıblar.
Dekabrda risk dərəcəsi cəmi 1,3 faiz təşkil edib.
Lakin təkrar ölçmələr asteroidin Yerə dəymə ehtimalının 2,3 faizə qədər artdığını göstərdi.
Səma cismi yeddi ildən sonra Yerə ən yaxın məsafədən keçəcək. Lakin alimlərin fikrincə, hələ ki, narahat olacaq bir şey yoxdur. Çünki onun keçəcəyi risk dəhlizi genişdir.
Asteroidin sürətində və kursunda dəyişikliklər 2032-ci ilə qədər təsir riskini tamamilə aradan qaldıra bilər. Bununla belə, hətta ən kiçik bir ehtimalı da nəzərdən qaçırmaq olmaz.
Hər il təxminən 17 min göy cismi Yer atmosferinə daxil olur. Onların əksəriyyəti bir neçə saniyə ərzində yanaraq külə çevrilir. Onlardan bəziləri kiçik hissələrlə Yerə düşür.
Lakin 1908-ci ildə Rusiyanın Sibir bölgəsinə 2024 YR4 ölçüsündə asteroid düşdü.
Tunquska çayı yaxınlığında vuran göy cismi 2100 kvadrat kilometrdən çox ərazidə dağıntılara səbəb olub.
Mütəxəssislər ehtimal olunan toqquşmanın təsirinin 8 meqatonluq TNT partlayışına bərabər olacağını söyləyirlər. Bu II. Dünya Müharibəsi zamanı ABŞ-ın Yaponiyanın Xirosimaya atdığı atom bombasının 500 qatına bərabərdir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki