Perunun Piura sahillərini vuran şiddətli fırtınada nəhəng dalğalar bir çox qayığı batırıb.
Elchi.az xəbər verir ki, Cənubi Amerika ölkəsi Perunun şimal-qərbindəki Piura bölgəsindəki El Nuro sahillərində təsirli olan fırtına həyata mənfi təsir edib.
Dənizdəki nəhəng dalğalar qayıqları batıb və 25-dən çox qayığa böyük ziyan vurub. 100-dən çox balıqçı dənizdə qalıb və təcili yardım çağırıb.
Səlahiyyətlilər əlverişsiz hava şəraitinin yanvarın 1-dək davam edəcəyini bildirib və 43-ü şimalda, 38-i isə mərkəzdə olmaqla 81 limanın müvəqqəti bağlanmasına qərar verib. Bundan əlavə, çimərliklər ictimaiyyət üçün bağlanıb.
Şayəstə Hüseynova