“NBC” Qərb diplomatlarına istinadən xəbər verir ki, ABŞ-ın tərəfdaşları artıq Vaşinqtonu etibarlı müttəfiq hesab etmirlər.
Elchi.az-ın xəbərinə görə, mənbələr bildirir ki, buna ABŞ-ın Rusiya ilə yaxınlaşması, Qrenlandiyanı almaq planları və Avropa İttifaqına qarşı rüsumlar tətbiq etmək hədələri səbəb olub.
ABŞ-ın keçmiş diplomatı Ceyms Bindenagelin fikrincə, ABŞ-ın etibarlılığı sual altındadır, bəzi Avropa və digər ölkələr alternativ tərəfdaşlar və bazarlar axtarırlar. Eyni zamanda, Çində tərəfdaşlar axtaracaqları ehtimalı var.
Sidney Universitetinin ABŞ Araşdırmaları Mərkəzinin baş direktoru Maykl Qrin, “Yaponiya, Avstraliya, İndoneziya və Taylanddakı yüksək vəzifəli məmurlar mənə bildirdilər ki, Çin ABŞ-ı tərəfdaş kimi əvəz etmək üçün müdaxilə edir”.
Onun sözlərinə görə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) aqressiv şəkildə məhv edilməsi xaricdə kəskin reaksiyaya səbəb olub və hazırda demokratiyanın yayılması proqramlarının ixtisarı ilə əlaqədar Amerika səfirliklərində xaos hökm sürür.
Yeganə