image-nandi-ndaitwah-reu-2310134_1backend

Namibiya ilk qadın prezidenti seçdi

Noyabrın 27-də Namibiyada keçirilən ümumi seçkilərin qeyri-rəsmi nəticələrinə görə, 34 ildir hakimiyyətdə olan Cənubi Qərbi Afrika Xalq Təşkilatının (SWAPO) namizədi Nandi-Ndaitva ölkənin ilk qadın prezidenti seçilib.
Elchi.az xəbər verir ki, Namibiya Seçki Komissiyasının (NEC) məlumatına görə, SWAPO-nun namizədi Nandi-Ndaitva 57,6 faiz səs toplayıb.
Beləliklə, hazırkı vitse-prezident Nandi-Ndaitvah Namibiyanın ilk qadın prezidenti oldu.
Nandi-Ndaitvanın ən yaxın rəqibi, Dəyişiklik Uğrunda Müstəqil Vətənpərvərlər (IPC) partiyasının namizədi Panduleni Itula 26 faiz, əsas müxalifət partiyası olan Xalq Demokratik Hərəkatının (PDM) namizədi MakHenri Venaani 5 faiz səslə qalıb.\

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki