image-a508d677-f7be-337f-b754-e5e3d3d548c9_850backend

“Mona Liza” əsərinin Luvrda ayrıca otağı olacaq

Məşhur italiyalı rəssam Leonardo da Vinçinin “La Gioconda” (“Mona Liza”) tablosu Luvrda ayrıca otaqda yerləşdiriləcək.

Elchi.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron muzeydə çıxışı zamanı bildirib.

“Mona Liza”nın Luvrda öz ayrıca otağı olacaq. Bu otağa giriş üçün ayrıca bilet nəzərdə tutulacaq”, – Makron deyib.

Qeyd edək ki, Leonardo da Vinçinin 1505-ci ildə çəkdiyi “Mona Liza” rəsmi indiyə qədər dünyanın ən populyar təsviri sənət əsəri sayılır. “Mona Liza” 1911-ci ildə Luvr muzeyindən oğurlanıb və onu yalnız iki ildən sonra tapmaq mümkün olub.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki