Misir prezidenti Əbdülfəttah əs-Sisi Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb.
Elchi.az xəbər verir ki, Paytaxt Dohada Əmirlik Divanında keçirilən toplantıya hər iki ölkədən nazirlər və bir çox yüksək səviyyəli rəsmilər qatılıb.
Əmirlik Divanından verilən açıqlamaya görə, Şeyx Təmim Qətər və Misir arasındakı güclü qardaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayaraq, bu səfərin əməkdaşlığı daha da gücləndirəcəyinə ümid etdiyini bildirib.
Misir Prezidenti Sisi iki ölkə arasında köklü qardaşlıq əlaqələrinin olduğunu bəyan edib və bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmində olduğunu vurğulayıb.
Görüş zamanı Qətər və Misir arasında əlaqələrin möhkəmləndirilməsi, Qəzza zolağında humanitar vəziyyət və işğal olunmuş Fələstin torpaqlarında baş verən proseslər müzakirə edilib.
Tərəflər hücumların dayandırılması və region xalqlarına humanitar yardımın çatdırılması üçün birgə səylərin vacibliyini vurğulayıblar. Görüş zamanı mühüm regional hadisələr, eləcə də müxtəlif sektorlarda əməkdaşlığın artırılması yolları müzakirə edilib.
Misir prezidenti Sisinin Qətərə səfərindən sonra regional məsələləri müzakirə etmək üçün Küveytə gedərək Körfəz səfərinə davam etməsi gözlənilir.
Nuranə Məmmədova