image-1c3870b7-bda7-3223-974d-681a0dd53d06_850backend

ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər

Vaşinqton lazım gələrsə, İrana qarşı sərt davranmağa hazırdır və digər məsələlərlə yanaşı, Tehranın nüvə obyektlərinin məhv edilməsini də nəzərdən keçirir.

Elchi.az -ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Salvador Prezidenti Nayib Bukele ilə görüşü zamanı jurnalistlərə deyib.

“Bu, çox sadədir. Onların (İran – red.) nüvə silahı ola bilməz və onlar (ABŞ ilə danışıqlarda – red.) tez hərəkət etməlidirlər. Əgər çox sərt bir şey etməliyiksə, biz bunu edəcəyik”, – Tramp bildirib.

Ondan bu tədbirlərə İranın nüvə obyektlərinə zərbələrin daxil olub-olmaması soruşulub. Tramp “Əlbəttə”, – cavab verib.

Xatırladaq ki, aprelin 12-də Omanda ABŞ və İran nümayəndə heyətlərinin görüşü keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki