Milli Məclisin payız sessiyasının ilk iclası spiker Sahibə Qafarovanın rəhbərliyi ilə öz işinə başlayıb. Dövlət himnimizin oxunmasından sonra sədr giriş nitqində sentyabrın 27-də ölkəmizdə Anım gününün qeyd edildiyini bildirdi. Dövlət başçısının və Birinci vitse-prezidentin iştirakı ilə şəhidlərimizin xatirəsinə anım yürüşünün keçirildiyini bildirdi.
Ölkə prezidenti cənab İlham Əliyevin xalqa müraciətindən bəhjs edən parlament rəhbərinin “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” sözlərinə deputatlar alqışlarla dəstək ifadə etdilər. Eyni zamanda S.Qafarova müzəffər ordumuzun Ali Baş Komandanına, Qarabağ zəfərinin əldə olunmasında rolu olan hər kəsə təşəkkür etdi. Daha sonra sədrin təklifi ilə 1-ci və 2-cii Qarabağ müharibələrində, digər döyüş əməliyyatlarında həlak olmuş hərbçilərimizin, həmçinin qətlə yetirilmiş dinc sakinlərin xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edildi.Musavat.com