image-sebze-tarim-igdir-aa-2244939_1backend

Mikroplastiklər bitki fotosintezini maneə törədir: Qida böhranı dərinləşə bilər

Məlum olub ki, dünyada sürətlə artan mikroplastik çirklənmə bitkilərin fotosintez qabiliyyətinə ciddi təsir edir, qlobal qida tədarükünü təhlükə altına alır. Yeni araşdırmaya görə, bu çirklənmənin buğda, düyü və qarğıdalı kimi əsas qidaların istehsalını 4%-14% azaldacağı təxmin edilir.
Elchi.az xəbər verir ki, 2022-ci ildə dünyada təxminən 700 milyon insan aclıqla mübarizə aparır. Alimlər xəbərdarlıq edirlər ki, mikroplastik çirklənmə yaxın 20 ildə bu rəqəmi daha 400 milyon artıra bilər. Tədqiqatçılar bu ssenarini “qlobal ərzaq təhlükəsizliyi üçün həyəcanverici” kimi təsvir edirlər.
Tədqiqata töhfə verən alimlərdən biri də Çinin Nankinq Universitetindən Prof.Dr.Hans Hengdir. “Bəşəriyyət artan əhalini qidalandırmaq üçün qida istehsalını artırmağa çalışır” Huan Zhong deyib. “Lakin plastik çirklənmə bu səyləri təhdid edir” dedi və plastik tullantıların azaldılması üçün təcili tədbirlərin görülməli olduğunu vurğuladı.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki