image-1636114721_5d9ad6d0f6ed73575dcade9c0fc3e074backend

Məşhur kriminal avtoritet oğlu ilə birgə ÖLDÜRÜLDÜ

İsrail hüquq-mühafizə orqanları bir qədər əvvəl qətlə yetirilən gürcüstanlı kriminal avtoritet və onun oğlunun qatillərinin axtarışlarına başlayıb.

Alp.az Lent.az-a istinadən xəbər verir ki, söhbət 53 yaşlı “qanuni oğru” Şume İsakov və onun 20 yaşlı oğlundan gedir. Məlumata əsasən, onları naməlum şəxslər qətlə yetirib.

Qətlin motivi bəlli deyil.

İstisna deyil ki, ata-oğlun qətli bir qədər əvvəl Naqariya şəhərində kriminal avtoritetlər arasında baş verən münaqişə ilə bağlıdır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki