image-333backend

“Arman Dikiy” Almatı küçələrində – VİDEO

Kriminal dairələrdə “Arman Dikiy” kimi tanınan kriminal avtoritet Arman Cumageldiev Qazaxıstana gələrək etirazçılardan təxribatçılara qulaq asmamağı, soyğunçuluq və iğtişaşları dayandırmağı xahiş edib. O, bu barədə “İnstaqram” səhifəsində canlı yayımda bildirib.

Avtoritet dinc mitinqlər keçirməyə çağırıb: onun sözlərinə görə, iğtişaşlar zamanı insanlar ölür, talançılar iş başındadır, lakin qazax etirazçılar hakimiyyətə öz tələb və iddialarını aydın şəkildə ifadə etməyiblər.

Cumageldiev vurğulayıb ki, etirazçılar arasında “araq və narkotik paylayan təxribatçılar var, küçələrdə insanlar qumbaraatan və odlu silahlarla silahlanıb. “Bu mitinqlərdir? Bu xaos, anarxiyadır!”, – o vurğulayıb.virtualaz.org

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki