image-666backend

Mariya Zaxarovadan SENSASİON ETİRAF: Qarabağ münaqişəsi ən qanlı münaqişələrdən biridir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qarabağ münaqişəsini “ən çətin, uzunmüddətli və qanlı” münaqişələrdən biri adlandırıb. “Sputnik Ermənistan” xəbər verir ki, cümə günü keçirdiyi brifinq zamanı rusiyalı diplomat Ermənistan və Azərbaycana sülh və qarşıdurmanın həllində səbr arzulayıb.

“Mən Ermənistana və Azərbaycana, o cümlədən Rusiya tərəfi də daxil olmaqla işləyən bütün ekspertlərə, yerdə vəziyyəti hər hansı yeni fəsadlardan qoruyanlara, ilk növbədə, sülh, səbir, uğurlar və bu işdə uğurlar arzulayıram. Bu uzun sürən, mürəkkəb və qanlı münaqişələrdən birini həll etmək çox çətin missiyadır”, – deyə Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, o ümid edir ki, “bütün tərəflər səy göstərsə, nəticə olacaq”.

Zaxarova bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli sazişlər ümumilikdə keçən il ərzində yerinə yetirilib. Onun sözlərinə görə, Bakı və Yerevan onun bütün müddəalarına ciddi şəkildə riayət etmək öhdəliyinə sadiq qalırlar.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki