Belarus və Rusiya Federasiyası prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putinin görüşü bir həftə sonra Moskvada baş tutacaq.
Elchi.az xəbər verir ki, bu barədə Belarus respublika başçısı məlumat verib.
Lukaşenko amerikalı bloger Mario Naufala müsahibəsində qeyd edib ki, o, daha əvvəl Putinlə digər məsələlərlə yanaşı, qarşıdakı görüşü də telefonla müzakirə edib.
“Bir həftədən sonra biz onunla Moskvada görüşəcəyik və bütün məsələlər barədə ətraflı danışacağıq”, – BELTA Belarus prezidentinin sözlərindən sitat gətirib.
Yanvarın 27-də Putin və Lukaşenko arasında telefon danışığı olub, onun zamanı Rusiya Federasiyası və Belarus liderləri ikitərəfli əməkdaşlığın aktual məsələləri üzrə qeydləri müqayisə ediblər, beynəlxalq mövzuları və qarşıdan gələn təmasların cədvəlini müzakirə ediblər.
Yeganə