image-images-32backend

Litva İsveçlə rabitə kabelində təxribat ehtimalına münasibət bildirib

Baltik dənizində Litva ilə İsveç arasında sualtı rabitə kabelinin qırılması təxribat nəticəsində baş verə bilərdi.
Elchi.az LRT-yə istinadən xəbər verir ki , bunu Litva prezidenti Qitanas Nauseda deyib .
“Hər iki variant mümkündür – qəsdən zərər və səhlənkarlıq səbəbindən qəza”, – siyasətçi etiraf etdi.
Nauseda rabitə kabelində təxribat ehtimalını şərh edib və vurğulayıb ki, hazırda baş verənlərin səbəbləri barədə birmənalı danışmaq çətindir. Onun sözlərinə görə, hazırda təhlükəsizlik orqanları ilə məsləhətləşmələr aparılır.
Bundan əvvəl Litvanın Telia operatorunun texnologiya şöbəsinin rəhbəri Andrius Semeskevicius Baltik dənizində daha bir sualtı kabelin zədələnməsi barədə məlumat vermişdi. Onun sözlərinə görə, noyabrın 17-də səhər saat 10 radələrində kabel zədələnib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki