image-16backend

Lavrov fevralın 25-də İrana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 25-də Tehrana işgüzar səfər edəcək.

Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.

“Fevralın 25-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçinin dəvəti ilə Tehrana işgüzar səfərə gedəcək”, – deyə məlumatda bildirilir.

Nazirlik qeyd edib ki, diplomatik idarələrin rəhbərləri yanvarın 17-də Moskvada yeni baza dövlətlərarası sazişin imzalanması ilə rəsmi olaraq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Rusiya-İran münasibətlərinin ikitərəfli gündəliyini obyektiv şəkildə müzakirə edəcəklər.
Rusiya XİN-in məlumatına görə, danışıqlar zamanı enerji və nəqliyyat sahəsində əsas birgə layihələrin həyata keçirilməsi kontekstində qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın gələcək inkişafına xüsusi diqqət yetirilməsi planlaşdırılır.

“Bir sıra aktual beynəlxalq problemlər, o cümlədən Suriya, Zaqafqaziya, Əfqanıstan, Yəmən, Fars körfəzi zonası, Yaxın Şərqin nizamlanması, Xəzər məsələləri və İranın nüvə proqramı üzrə birgə və hərtərəfli fəaliyyət planı ətrafında yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparılmalıdır”, – Rusiya Xarici İşlər Nazirliyi əlavə edib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki