“Ermənistan hakimiyyətinin müxtəlif nümayəndələrinin nə deməsindən və beynəlxalq ictimaiyyətin bu bəyanatlara münasibətindən asılı olmayaraq, biz yeni respublikanı yaratmalı və müharibəyə başlamalıyıq”. – Alp.az xəbər verir ki, bu sensasion açıqlama ilə dünən keçirdiyi mətbuat konfransında Ermənistanın hüquq müdafiəçisi Larisa Alaverdyan deyib.
Hüquq müdafiəçisi xatırladıb ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistandan sonra əvvəlki illərdə də həmişə Qarabağa səfər ediblər.
“Bu, o demək idi ki, onlar Dağlıq Qarabağın rəhbərliyini danışıqlar aparan tərəf kimi faktiki olaraq tanıyırlar. Bu gün Ermənistan hakimiyyətinin qorxmuş nümayəndələri Qarabağa getməyə belə qorxurlar”, – Larisa Alaverdyan bildirib.
“Biz qorxmadan yeni müharibəyə başlamalıyıq”-deyə Alaverdiyan bildirib.
P.S. Qeyd edək ki, Larisa Alaverdyan rusiyameylli hüquq müdafiəçisi hesab edilir. Belə nəticəyə gəlmək olar ki, Rusiya öz ruporlarından istifadə edərək bölgədəki vəziyyəti yenidən gərginləşdirmək istəyir.