“Rusiya Suriyadakı vəziyyəti diqqətlə izləyir və bu ölkənin hakimiyyət orqanları ilə əlaqə saxlayır”.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib
“Hazırda biz Suriyada baş verənləri çox diqqətlə izləyirik. Biz suriyalı dostlarımızla daimi dialoqdayıq”, – Kreml rəsmisi bildirib. Peskov əlavə edib ki, Rusiya tərəfinin Suriyaya verə biləcəyi yardım vəziyyətin qiymətləndirilməsindən asılı olacaq.
Yeganə