image-227a4363b6ba29e39e8e822fab031bcdbackend

Kreml elan edib: İranla imzalanan strateji tərəfdaşlıq müqaviləsinin təfərrüatları

Rusiya və İran arasında imzalanan strateji tərəfdaşlıq sazişi təhlükəsizlik, enerji və ticarət sahələrində əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur.
Elchi.az xəbər verir ki, Kreml bu gün Moskvada Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian arasında imzalanan “Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi” nin detallarını paylaşıb.
Razılaşmaya əsasən, iki ölkə ümumi hərbi təhdidlərə qarşı birgə hərəkət edəcək, birgə hərbi təlimlər təşkil edəcək və hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirəcək.
Ölkələrdən birinə hücum zamanı digər ölkənin hücum edən tərəfə dəstək verməməyi öhdəsinə götürdüyü müqavilədə tərəflər öz torpaqlarının digər ölkənin sabitliyinə xələl gətirə biləcək separatçı hərəkatların istifadəsinə icazə verməyəcəklər.
Müqavilə ilə iki ölkənin kəşfiyyat və təhlükəsizlik qurumları arasında əməkdaşlığın artırılması, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin artırılması nəzərdə tutulur.
Enerji və ticarət
Rusiya və İrandakı enerji şirkətlərinin təbii qaz və neft sahələrində qarşılıqlı əməkdaşlığı və sərmayələrini artırmasını nəzərdə tutan sazişdə “Hər iki tərəf nüvə enerjisindən dinc məqsədlərlə istifadə, o cümlədən atom elektrik stansiyalarının tikintisi ilə bağlı uzunmüddətli birgə layihələr üzərində işləyəcək, “- bəyanat daxil edilib.
Razılaşmaya əsasən, iki ölkə müstəqil ödəniş sisteminin yaradılması üzərində işləyəcək və banklar arasında əməkdaşlığı gücləndirəcək.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki