Cənubi Koreya mediası Şimali Koreya lideri Kim Çen Inın ölkədə daşqının qarşısını almaqda səhlənkarlıq göstərən 30-a yaxın dövlət məmurunu edam etdiyini iddia edib.
Elchi.az xəbər verir ki, Şimali Koreya iyul ayında baş verən sel fəlakətinin yaralarını sağaltmağa çalışarkən, Cənubi Koreya mətbuatından yeni bir iddia gəldi.
Kəşfiyyat mənbələrinə əsaslanan xəbərlərə görə, Şimali Koreya lideri Kim Çen In daşqının qarşısının alınmasında səhlənkarlıq göstərən 30-a yaxın dövlət məmurunun edam edilməsi barədə göstəriş verib. “Korrupsiya” və “vəzifə borcunu yerinə yetirməmək”də təqsirləndirilən yüksək səviyyəli məmurlara verilən ölüm hökmlərinin ötən ay icra olunduğu bildirilsə də, sözügedən məmurların kimliyi açıqlanmayıb.
Şayəstə Hüseynova