image-kilauea-yanardagi-reuters-2065450_1backend

Kilauea vulkanı yenidən lava püskürür

Dünyanın ən aktiv vulkanlarından biri olan Havaydakı Kilauea vulkanı yenidən püskürüb.
Elchi.az xəbər verir ki, Kilauea vulkanı dekabrın 23-dən bəri fasilələrlə püskürür.
Havay Vulkan Rəsədxanasından verilən yazılı açıqlamada vulkanın yerli vaxtla saat 10:16 radələrində 9-cu dəfə püskürdüyü, 100 metr hündürlüyə qədər lava püskürdüyü və tüstünün səmaya qalxdığı qeyd edilib.
Vulkandakı fəaliyyətin Havay Vulkanları Milli Parkı daxilindəki zirvə kraterində baş verdiyi qeyd edilsə də, milli parka gələnlərə təhlükəsizlik üçün qapalı ərazilərdən uzaq durmaları və zərərli qazlardan ehtiyatlı olmaları barədə xəbərdarlıq edilir.
Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən püskürməyə başlayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki