Kanada ABŞ administrasiyasının ölkədən idxal edilən mallara 25 faizlik gömrük rüsumunun tətbiqi qərarı ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.
Elchi.az xəbər verir ki, ÜTT, Kanadanın ABŞ-ın Kanada mənşəli mallara tətbiq etdiyi yeni tarif tədbirləri ilə bağlı mübahisəli məsləhətləşmə tələb etdiyini açıqladı.
Kanada iddia edir ki, ABŞ-ın ölkədən idxal etdiyi mallara 25% və enerji resurslarına tətbiq etdiyi 10% tarif 1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin və ÜTT-nin Ticarətin Asanlaşdırılması Sazişinin müxtəlif müddəalarına uyğun gəlmir.
ABŞ prezidenti Donald Tramp fevralın 1-də Kanada və Meksikadan idxal edilən mallara 25 faiz, Çindən idxala isə 10 faiz əlavə gömrük rüsumunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Kanadadan idxal edilən enerji qaynaqlarına 10 faiz daha aşağı tarif tətbiq edilib və sözügedən tariflərin fevralın 4-dən qüvvəyə minəcəyi bildirilib.
Fevralın 3-də Tramp Kanada və Meksikanın sərhəd təhlükəsizliyini artırmaq tədbirlərinə cavab olaraq tarifləri bir ay müddətinə dayandırıb.
Həmin müddət bitdikdən sonra ABŞ-ın Kanada və Meksikadan idxal edilən mallara tətbiq etdiyi 25 faizlik gömrük rüsumları dünən qüvvəyə minib.
Kanadanın Baş naziri Castin Trüdo ABŞ-ın Kanadaya tətbiq etdiyi tariflərin tətbiqindən sonra ABŞ-ın Kanadaya qarşı ticarət müharibəsi başlatdığını bildirərək, Kanadanın 155 milyard dollar dəyərində ABŞ mallarına tətbiq etdiyi 25% gömrük vergisinə eyni nisbətdə cavab verəcəyini açıqladı.
Şayəstə Hüseynova