İsveçin Örebro şəhərində məktəbə atışma nəticəsində 4 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Örebro polisi Risbergska Liseyi şəhərciyinə silahlı hücum nəticəsində 4 nəfərin yaralandığını açıqlayıb.
Hücumun yerli vaxtla saat 13:30-da baş verdiyi, xəsarət alanlar barədə təfərrüatların hələlik paylaşılmadığı bildirilib.
Digər tərəfdən, bölgədəki insanlar evlərində qalmağa çağırılıb.
Örebro polisinin sözçüsü Lars Hedelin hadisə ilə bağlı qətlə cəhd və yandırma şübhəsi ilə istintaq başladıldığını açıqlayıb.
Nuranə Məmmədova