image-1696751015_5e84cb78-f671-4884-a699-c9790b91f818backend

İsraildən Qəzzaya hücumlar davam edir: 26 ölü

İsrail ordusunun Qəzza zolağının şimalında həyata keçirdiyi hücumlarda aralarında qadın və uşaqların da olduğu 26 fələstinli həyatını itirib.
Elchi.az xəbər verir ki, Qəzza zolağının şimalındakı xəstəxana mənbələrindən alınan məlumata görə , İsrail döyüş təyyarələrinin Beyt Lahiyadakı bir evə hücumu nəticəsində aralarında qadın və uşaqların da olduğu 18 nəfər ölüb.
İsrail ordusunun Şeyx Zayed bölgəsindəki evləri artilleriya atəşinə tutması nəticəsində 3 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.
Yenə Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsinə hava hücumu nəticəsində 5 fələstinli həlak olub.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17 min 492-si uşaq, 11 min 979-u qadın olmaqla 44 min 330 fələstinli ölüb, 104 min 933 nəfər yaralanıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki