İsrailin soyqırım hücumları həyata keçirdiyi Qəzza zolağında havadan bombardmanlar və artilleriya atəşi nəticəsində 16 nəfərin həyatını itirdiyi bildirilib.
Elchi.az xəbər verir ki, Qəzza şəhərindəki Ehli Baptist Xəstəxanasındakı tibbi mənbələrdən alınan məlumata görə , İsrail ordusu Qəzzanın mərkəzi hissəsindəki Nuseyrat Qaçqınlar Düşərgəsinə, Qəzzanın mərkəzinə və Qəzzanın şimalındakı Beyt Lahiyaya hücum edib.
İsrailin Nuseyrat Qaçqınlar Düşərgəsindəki bazar yerində fələstinlilərə top atəşi ilə hücumu nəticəsində biri uşaq olmaqla 8 fələstinli həyatını itirib.
Qəzza şəhərinin mərkəzindəki Firas bazarına hava hücumu təşkil edən İsrail ordusunun biri qadın olmaqla 3 fələstinlini şəhid etdiyi bildirilib.
İsrailin Qəzzanın şimalındakı Beyt Lahiyyədə toplaşan fələstinlilərə silahlı pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyi və hadisədə 5 nəfərin öldüyü bildirilib.
Nuranə Məmmədova