İsrail və Fələstinin Həmas qrupu arasında Qəzza zolağının nizamlanması və girovların azad edilməsi ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub, razılaşma bir ay ərzində bağlana bilər.
Elchi.az xəbər verir ki, bu barədə “The Jerusalem Post”a məsələ ilə tanış olan iki məmur məlumat verib.
Danışıqlarda iştirak edən rəsmilər bildiriblər ki, danışıqlarda müsbət ab-hava var. “The Jerusalem Post” yazır ki, bu məlumatı Həmas və ərəb mediası da təsdiqləyir.
Çərşənbə axşamı İsrailin Ynet portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən xəbər verib ki, sövdələşmənin təfərrüatlarının çoxu artıq razılaşdırılıb, lakin əsas mübahisə birinci mərhələdə azad ediləcək girovların sayıdır.
Rəsmi əlavə edib ki, hazırda danışıqlar həm də girovlardan hansının azad ediləcəyinə yönəlib, portal qeyd edib. Bundan əvvəl “Ynet” HƏMAS-ın adı açıqlanmayan yüksək rütbəli üzvünə istinad edərək atəşkəs və girovların azad edilməsi üzrə danışıqlarda “görünməmiş irəliləyiş” əldə edildiyini bildirib.
Yeganə