Bildirilib ki, İsrail təhlükəsizlik kabineti Livanda mümkün atəşkəsi müzakirə etmək üçün toplaşıb.
Elchi.az xəbər verir ki, yerli media təhlükəsizlik kabinetinin baş nazir Benyamin Netanyahunun sədrliyi ilə Təl-Əvivdə iclas keçirdiyini yazıb.
Bildirilib ki, iclas zamanı kabinet üzvləri ABŞ-ın Livanda atəşkəsin əldə olunması üçün təklif etdiyi qanun layihəsini səsə qoyacaqlar.
Qeyd olunub ki, bəzi ifrat sağçı nazirlərin etirazlarına baxmayaraq, atəşkəs haqqında qanun layihəsinin kabinetin iclasında təsdiqlənməsi gözlənilirdi.
ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteyn Livanda atəşkəsə nail olmaq üçün aparılan danışıqlar çərçivəsində keçən həftə Beyrut və İsrailə səfər edib .
Baydenin müşaviri Hochstein noyabrın 20-də Beyrutda verdiyi bəyanatda atəşkəs danışıqlarında irəliləyiş əldə edildiyini bildirib.
İsrailin Vaşinqtondakı səfiri Maykl Herzoq Livanda Təl-Əviv və Hizbullah arasında atəşkəs əldə etməyə “yaxın olduqlarını” bildirib.
Nuranə Məmmədova