image-images-41backend

İsrail qüvvələri Xan Yunisi havadan vurdu: 4-ü uşaq olmaqla 8 fələstinli öldü

İsrail hava qüvvələrinin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinə mülki əhalini hədəfə aldığı hücumda 4-ü uşaq olmaqla 8 fələstinli həyatını itirib.
Elchi.az xəbər verir ki, şahidlərdən alınan məlumata görə, İsrailin pilotsuz uçuş aparatları Xan Yunus şəhərinin Şeyx Nasir bölgəsində mülki əhalinin toplaşdığı ərazini hədəf alıb.
Avropa Qəzza və Xan Yunus şəhərindəki Nasser xəstəxanalarındakı sağlamlıq mənbələri hücumda 4-ü uşaq olmaqla 8 fələstinlinin həyatını itirdiyini qeyd etdi.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki