image-baskin-bati-seria-a-2310186_1backend

İsrail qüvvələri İordan çayının qərb sahilində 3 fələstinlini öldürüb

İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Tubas şəhərindəki Əl-Fəriyyə Qaçqınlar Düşərgəsində 3 fələstinlini öldürdüyü bildirilir.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın təhlükəsizlik mənbələrinə istinadən verdiyi xəbərə görə, İsrail qüvvələri Tubasın cənubundakı Faria Qaçqınlar Düşərgəsində bir evi mühasirəyə alıb.
Xəbərdə İsrail qüvvələrinin canlı güllə və raketlərlə atəş açması nəticəsində evdə olan 3 nəfərin şəhid olduğu, İsrail qüvvələrinin öldürdükləri fələstinlilərin cəsədlərini də özləri ilə apardığı bildirilib.
Səhiyyə rəsmiləri həmçinin WAFA-ya bildiriblər ki, İsrail qüvvələri geri çəkildikdən sonra evə daxil olan təcili yardım qrupları bədən hissələri və qan izləri aşkar ediblər.
Xəbərdə həmçinin qeyd olunub ki, İsrail qüvvələri mühasirəyə alınan evin yaxınlığındakı idman klublarından birinə basqın edərək iki nəfəri saxlayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki