Noyabrda İsrail hökuməti humanitar missiyaların təxminən 35 faizinin Qəzza zolağına daxil olmasını rədd etmişdi.
Elchi.az xəbər verir ki, bu barədə BMT-nin işğal olunmuş Fələstin ərazilərində humanitar məsələlər üzrə koordinasiya departamenti məlumat yayıb.
Sənəddə qeyd edildiyi kimi, noyabrın 1-dən 25-dək Qəzza zolağında ümumilikdə 456 humanitar missiyanın həyata keçirilməsi planlaşdırılırdı. Onlardan 184-ü (40 faiz) dəstəkləndi, 158 missiyaya (35 faiz) giriş qadağan edildi. Digər 73 əməliyyat (16 faiz) maneələrlə qarşılaşıb, 41 missiya (9 faiz) isə logistik problemlər və ya təhlükəsizlik problemləri səbəbindən əlaqələri ləğv edib.
Yeganə