image-snimok-yekrana-189backend

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini həbs edib

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçirdiyi reydlər zamanı azad edilənlər də daxil olmaqla azı 12 fələstinlini saxlayıb.
Elchi.az xəbər verir ki, Fələstinli Əsirlər Dərnəyindən verilən yazılı açıqlamada İsrail ordusunun dünən və bu gün İordan çayının qərb sahilində Hebron, Nablus, Selfit, Qalkilya və Cenin bölgələrinə basqınlar təşkil etdiyi qeyd edilib.
İsrail əsgərlərinin bu basqınlar zamanı aralarında keçmiş məhbus qardaşların da olduğu 12 fələstinlini nəzarətə götürdüyü bildirilib.
Basqınlar zamanı fələstinlilərin evlərinin dağıdıldığı, saxlanılan şəxslərin və onların ailələrinin döyülmə və təhdidlərə məruz qaldığı bildirilib.
Qeyd olunub ki, 2023-cü il oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə məhbus olan fələstinlilərin sayı 11 min 700-ü keçib.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 7 oktyabr 2023-cü ildən bəri Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumları nəticəsində 167-si uşaq olmaqla 783 fələstinli həyatını itirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki